Leyla Əliyeva Gül bayramında iştirak edib
10/05/2013

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda Gül bayramı təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, güllərlə bəzədilmiş parkı gəzdilər.