“Azərbaycan qadını” jurnalının yaz buraxılışı təqdim olunub
12/05/2013

Mayın 11-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, “Azərbaycan qadını” jurnalının baş redaktoru Fatma Abdullazadə bu gecənin Zərifə Əliyevanın xatirəsinə həsr olunduğunu bildirib.

Jurnalda fəaliyyətinin prioritet istiqamətlərindən biri də gənc nəslə hərtərəfli qayğının göstərilməsi olan Heydər Əliyev Fondunun paytaxtın uşaq müəssisələrində həyata keçirdiyi müxtəlif tədbirlərdən də bəhs olunur, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyində Nizami rayonu 1 nömrəli uşaq evinin gənc rəssamlarının əsərlərinin təqdim edildiyi “Balaca əllərin böyük işləri” sərgisindən danışılır.

Jurnalda Leyla Əliyeva ilə müsahibə də dərc edilib.