Leyla Əliyeva Bakıda yeni park kompleksinin açılışında iştirak edib
10/05/2013

Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən park kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Məlumat verildi ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.

Parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.