Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19/10/2013

Dövlət başçısı və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət ediblər.

Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarətdən sonra dövlət başçısı və ailə üzvləri Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəkli çəkdirildi.