Heydər Əliyev Mərkəzində “Əbədi sevgi” adlı qala-konsert olub
02/11/2013

Noyabrın 2-də Heydər Əliyev Mərkəzində “Əbədi sevgi” qala-konserti keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar konsertdə iştirak ediblər.

Rusiyanın Xalq Artisti, rejissor Dmitri Bertmanın quruluşunda Bakıda ilk dəfə təqdim olunan bu konsertdə ötən illərin ən məşhur mahnıları ifa edilib.

Konsertdə “Kuin” qrupunun “I was born to love you”, Endi Uilyamsın “Moon river”, Selin Dionun “My heart will go on”, Elvis Preslinin “Love me tender”, Uitni Hyustonun “I will always love you”, Demis Russosun “Souveniers”, “Bitlz” qrupunun “All you need is love” mahnıları səslənib.

“Əbədi sevgi” qala-konsertinin premyerası oktyabrın 31-də Moskvada keçirilib. Konsert premyeradan sonra ilk dəfə Bakıda Heydər Əliyev Mərkəzində təqdim edilib.