IDEA Azərbaycanda ilk dəfə bioparçalanan paketlərin istifadəsinə start verib
25/12/2013

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır.

Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Plastik və ya polietilen paketlər torpaqda yüz illərlə qaldığı halda, bioloji parçalanan paketlər qısa müddət ərzində torpağa qarışır və ətraf mühitə demək olar ki, heç bir ziyan vermir.

Ekoloji təmiz paketlər Bakının “Bazarstore”, “Grand”, “Neptun”, Premium” və “Kontinental” kimi iri marketlərinə və alış-veriş mərkəzlərinə paylanılıb.