IDEA “Eko Ev” müsabiqəsi elan edir
31/01/2014

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Day.Az xəbər portalının dəstəyi ilə “Eko Ev” adlı layihəyə start verir.

Layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan ekoloji cəhətdən təmiz evlərin eskizləri hazırlanacaq.

Müsabiqədə 18-30 yaş arası şəxslər iştirak edə bilərlər. Bunun üçün 2014-cü il fevralın 1-dən martın 10-dək idea.day.az saytında qeydiyyatdan keçərək “Eko ev” mövzusunda hazırlanmış eskizi (“jpg” formatında) qısa izahı ilə birgə oraya yükləmək lazımdır. Martın 10-dan aprelin 10-dək Facebook sosial şəbəkəsində səsvermə yolu ilə 10 ən yaxşı eskiz seçiləcək. Ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Seçilən ilk 3 eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, I yerin sahibi ölkə xaricində, II yerin sahibi isə Azərbaycanda fəaliyyət göstərən böyük tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

Müsabiqənin şərtləri ilə idea.day.az saytında tanış ola bilərsiniz.

Əlavə suallarınızı [email protected] ünvanına yazın.