“EkoEv” layihəsi çərçivəsində həftənin liderləri bəlli oldu
23/04/2014

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.Az xəbər portalı ilə birgə həyata keçirdiyi “EkoEv” layihəsi çərçivəsində səsvermə mərhələsi davam edir.

Bu mərhələdə ən çox səs toplamış Süsən Abbasova, Şamil Hüseynov və Khayal Hex adlı istifadəçi bu həftənin liderləri arasında yer alırlar.

Beləliklə, mayın 15-i saat 14:00-a qədər keçiriləcək səsvermənin yekununda 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanacaq. İkinci mərhələdə isə ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Seçilən ilk 3 eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, birinci və ikinci yerin sahibləri ölkənin aparıcı inşaat şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcəklər.