“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin təqdimatı olub
20/06/2014

İyunun 20-də Bakıda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olub.

Müəllifləri yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Baş nazirinin mavini Əli Həsənov Xocalı soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun rolundan danışıb: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə edib”.

Əli Həsənov üçcildliyin ingilis və rus dillərinə tərcümə ediləcəyini bildirib: “Bu kitablarda elə məlumatlar var ki, hətta öz ictimaiyyətimiz də onları eşitməyib. Bunları dünya ictimaiyyəti bilməlidir”.