Belarusun nüfuzlu “Неман” ədəbiyyat jurnalı Leyla Əliyevanın şeirlərini dərc edib
27/06/2014

Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan “Неман” ədəbiyyat jurnalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri dərc edilib.

“Неман” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx Sənan” poemasına yer ayırmışdı. Leyla Əliyevanın şeirləri isə bu jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.