Leyla Əliyevanın təşəbbüsü Uqandada müzakirə olunur
19/06/2008

Uqanda Paytaxtı Kampala şəhərində İslam Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının sessiyasında İKT Gənclər Forumunun irəli sürdüyü qətnamə müzakirəyə çıxarılıb.

Bu haqda İKT Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun baş katibi Elşad İsgəndərov məlumat verib. Sənəd İKT ölkələrində humanitar faciələrin xatirə gününün təsis olunmasını nəzərdə tutur. Qətnamədə həmçinin XX əsrdə müsəlman ölkələrində həyata keçirilən etnik təmizləmələr və soyqırımlar barədə həqiqətlərin də dünyaya çatdırılmasını özündə əks etdirir.

İKT Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın “Xocalıya Ədalət - Qarabağa azadlıq” təşəbbüsü 2009-2010-cu illər üçün kompaniyanın prioriteti qismində təklif olunub.

Sessiyanın sonunda KİV üçün bu qətnamənin qəbuluna dair geniş informasiya veriləcək.