Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib
02/10/2014

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak edblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın qonaq iştirak edib.

Dövlət başçısı Forumun açılışında çıxış edib.

X X X

Daha sonra Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və çıxış edib.

Forumda BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də çıxış ediblər.

UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Forum işini plenar iclasla davam etdirib.