Qala-Pirallahı magistal yolu ətrafında ağacəkmə aksiyası keçirilib
08/11/2014

Noyabrın 8-də IDEA İctimai Birliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Qala-Pirallahı magistal yolu ətrafında ağacəkmə aksiyası keçirilib.

Yolun hər iki tərəfinə 250 zeytun, 50 leylandra ağacı əkilib. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın məqsədi ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsidir.