Bakıda Heydər məscidinin açılışı olub

Video

Bakıda Heydər məscidinin açılışı olub

Bakıda Heydər məscidinin açılışı olub
26/12/2014

Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.

Yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Baş günbəz 55 metr, ikinci günbəz 35 metr hündürlüyündədir.

Məscidinin açılışı münasibətilə keçirilən mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Dövlət başçısı mərasimdə çıxış edib.

Tədbirdə Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.