“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin yandırılması mərasimi keçirilib

Video

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin yandırılması mərasimi keçirilib

“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin yandırılması mərasimi keçirilib
26/04/2015

Aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışından sonra dövlət başçısı İlham Əliyev xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb.

Prezident məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib.

Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başlayıb. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və o, Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

Sonra birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması münasibətilə ziyafət təşkil olunub.

Sonra birinci Avropa Oyunlarının məşəli ilə xatirə şəkilləri çəkdirilib.