Dövlət Bayrağı Meydanı ərazisində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyası açılıb

Video

Dövlət Bayrağı Meydanı ərazisində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyası açılıb

Dövlət Bayrağı Meydanı ərazisində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyası açılıb
08/06/2015

İyunun 8-də Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihəsi olan yeni ekspozisiya açılıb. Bu, Azərbaycanın təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.

Burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulmuş sənətkarların əsərləri sərgilənir.

Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.