Leyla Əliyeva birinci Avropa Oyunları çərçivəsində boks yarışlarını izləyib
24/06/2015

İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününə yekun vurulub.

Bu gün dörddəbir və yarımfinal mərhələlərində 48-51, 57-60, 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 56, 75, 81 və 91 çəki dərəcələrində isə kişi boksçular rinqə çıxıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva arenada boksçuların yarışını izləyiblər.