Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “Puşkin” medalı ilə təltif edilib
22/10/2015

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında Fərman imzalayıb.

Rusiya Federasiyasının “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.