Gəncədə İDEA İctimai Birliyinin Resurs Mərkəzi yaradılıb
04/11/2015

İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzi yaradılıb. Təqdimat mərasimində Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, İDEA İctimai Birliyinin Gəncə üzrə koordinatoru Könül Zeynalova və başqaları çıxış edərək, İctimai Birliyin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Məhəbbət ağacı”, “Yer kürəsi uşaqların gözü ilə”, “3D eko qraffiti layihəsi” və “Ümumrespublika yaşıllaşdırma marafonu” layihələrinin əhəmiyyətindən danışıblar.

Sonra İDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilib.