“Baku Corner” yeni kolleksiyasını təqdim edib
11/01/2016

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.

Yeni kolleksiya Leyla Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir. Qeyd edək ki, məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.