YAY Qalereyasında Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb
14/05/2016

YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.

Avqustun 13-dək davam edəcək “Umwelt” sərgisinə giriş sərbəstdir.