“Jara-2017” Qriqori Lepsin yaradıcılıq gecəsi ilə yekunlaşıb
31/07/2017

“Jara-2017” Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın Əməkdar Artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.

Musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsert zamanı Leyla Əliyeva “Jara”nın aparıcıları Yana Çurokovanın və Maksim Qalkinin suallarını cavablandırıb.

Aparıcı Leyla Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük işlər gördüyünü xatırladıb, bu festivalın əhəmiyyəti barədə onun fikirlərini soruşub.

Leyla Əliyeva deyib: “Bu, çox gözəl festivaldır. Burada o qədər sevgi, o qədər mehribanlıq və şənlik, o qədər gözəl artist və qonaq var ki... Çox böyük sevincdir. Əlbəttə ki, bütün gənclərimizə və qonaqlarımıza təşəkkür etmək istəyirəm. Çünki belə ab-havanı birlikdə yaradırıq. Hamıya təşəkkür edirəm. Qoy hər günümüz belə səadət dolu olsun.

Aparıcı: Düşünürəm ki, barəsində danışdığın bütün bu keyfiyyətlər həm də festivalın ideya ruhlandırıcısı kimi sizdən gəlir.

Leyla Əliyeva: Hamımızdan.

Aparıcı: Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm.