Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub
20/09/2017

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.

Finlandiya Prezidenti Sauli Niinisto və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev sessiyada çıxış ediblər.